Azərbaycanda bu universitetdə dərslər ONLAYN keçiriləcək

Sosial şəbəkələrdə ADA Universitetində dərslərin dayandırılması ilə bağlı iddialar yayılıb.

AzPost xəbər verir ki, Modern.az məsələ ilə bağlı ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.

Universitetdən bildirilib ki, ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə əlaqədar əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.

Qeyd edilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.