General və sabiq icra başçısı olmuş Ərziman Əliyev vəfat edib.
AzPost xəbər verir ki, bu barədə Sfera.az-a Ə.Əliyevin yaxınları tərəfindən məlumat verilib.
Qeyd edək ki, o, 2004-2007-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona general-mayoru rütbəsi verilib.
2016-cı ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Ə.Əliyev Daxili işlər orqanlarında xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2011-ci il Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
**
Ehtiyatda olan polis general-mayoru, Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərziman Əliyevin ölüm detalları məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə mərhumun ailə üzvləri məlumat verib.
Bildirilib ki, Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.
Fevralın 22-də evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə baş verən zaman general-mayor evdə tək olub.
Mərhum sabah – fevralın 23-də “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.