Azərbaycanda sükanı sağda olan maşınlara icazə verilir?- AÇIQLAMA

Sükanı sağda olan
Sükanı sağda olan

“Sükanı sağda olan nəqliyyat vasitələrinin ölkə ərazisində istifadəsi və ya istismarı qadağandır”.

Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Prezidentin elektrik mühərrikli nəqliyyat vasitələri ilə bağlı imzaladığı  Sərəncamın mühüm xarakteri var" - RƏY Pravda.az

Ekspert qadağanın başlıca səbəbini belə izah edib: “Bu avtomobillərə qadağa qoyulmasının əsas səbəbi 1998-ci ildə Azərbaycanda “Yol hərəkəti haqqında” qanunun qəbul edilməsi, ölkəmizin beynəlxalq konvensiyalara qoşulmasıdır.  Azərbaycan ərazisində yol hərəkəti nişanları sükanı solda olan nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Yəni qanunda belə yazılıb. Hərəkət iştirakçıları mövcud qanunun bu müddəasına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” qanunun digər müddəalara görə, bu cür olan nəqliyyat vasitələri dairələrə daxil olan zaman digər hərəkət iştirakçılarının hərəkətinə maneə ola, müəyyən anlaşılmazlıqlar yarana bilər. Buna görə də Azərbaycanda sükanı sağda olan nəqliyyat vasitələrinin istismarına icazə verilmir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.