“Azərbaycanfilm”in sabiq direktor müavini Aydın İmrani vəfat edib.
AzPost bildirir ki, bu barədə “Azərbaycanfilm”dən bildirilib.
Aydın İmrani 1948- ci ildə Bakıda anadan olub. 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında inzibatçı, film direktoru, kinostudiyanın direktor müavini vəzifələrində çalışıb.
Uzun illər “Azərbaycanfilm” kinostudiyasının direktor müavini vəzifəsində çalışıb. 80-ci illər Azərbaycan kinosunda bir neçə uğurlu filmin direktoru kimi fəaliyyət göstərib.
Filmoqrafiya:
Qəribə adam (1979, tammetrajlı bədii film) – inzibatçı
Qızıl uçurum (1980, tammetrajlı bədii film) – direktor
Yeddi gözəl (1982, tammetrajlı bədii film) – direktor
Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – direktor
Köhnə bərə (1984, tammetrajlı bədii film) – direktor
Cin mikrorayonda (1985, tammetrajlı bədii film) – direktor
İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – direktor
Özgə ömür (1987, tammetrajlı bədii film) – direktor
Lətifə (1989, tammetrajlı bədii film) – direktor