Azərbaycanın beynəlxalq maliyyə qurumlarına nə qədər vəsait ayırıb?

valyuta
valyuta

Azərbaycanın beynəlxalq maliyyə qurumlarına nə qədər vəsait ayırıb?.

2024-cü ildə Azərbaycanın beynəlxalq və regional maliyyə institutlarında iştirak üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği açıqlanıb.

AzPost xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında təqdim olunub.

Hesabata əsasən, ötən il dövlət büdcəsindən beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalına iştirak məqsədilə 4,9 milyon manat vəsait xərclənib. Bu vəsaitin 1,6 milyon manatı Asiya İnkişaf Bankına, 1,3 milyon manatı İslam İnkişaf Bankına, 2 milyon manatı isə Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yönəldilib.

Bundan əlavə, Azərbaycanın müxtəlif beynəlxalq və regional təşkilatlarda üzvlük haqqı və digər öhdəliklərinin yerinə yetirilməsi üçün də ciddi məbləğdə vəsait ayrılıb. Belə ki, ötən il bu istiqamətdə 16,5 milyon manat xərclənib. Bu vəsaitin 5,4 milyon manatı BMT sisteminə aid olan qurumlar və proqramlara, 1,3 milyon manatı İslam Əməkdaşlıq Təşkilatı və ona bağlı qurumlara, 1,2 milyon manatı Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatlarına, 8,6 milyon manatı isə digər beynəlxalq qurumlara istifadə edilib.

Qeyd edək ki, bu göstəricilər Azərbaycanın beynəlxalq iqtisadi və siyasi təşkilatlarda aktiv iştirakını və tərəfdaşlıq münasibətlərinin davam etdiyini nümayiş etdirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.