Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb –

Orkhan Ali 16 Aprel 2025 - 20:43 (Last updated: 21 May 2025 - 20:15)
Əməliyyat

Əməliyyat

Keniyanın Eldoret şəhərində yerləşən “Mediheal” xəstəxanasında həyata keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında donorlar arasında Azərbaycan vətəndaşları da yer alır. AzPost Teleqraf-a istinadən xəbər verir ki, bu, Almaniyanın aparıcı mətbuat orqanları olan “Der Spiegel”, ZDF və “Deutsche Welle”nin birgə araşdırması nəticəsində üzə çıxıb.

Məlum olub ki, Almaniya və İsraildən gələn və böyrək köçürülməsi gözləyən imkanlı pasiyentlər üçün donorlar Azərbaycan, Qazaxıstan və Pakistan kimi ölkələrdən seçilir.

Bu şəxslər xəstələrlə heç bir qohumluq əlaqəsi olmadığı halda sənədlərdə saxta şəkildə “yaxın qohum” kimi göstərilir və onlardan böyrək götürülür. Ən narahatedici məqam isə odur ki, bəzi donorlar hələ yetkinlik yaşına çatmamış olur və çox vaxt ingilis dilini bilmədikləri üçün risklərdən xəbərsiz şəkildə sənədləri imzalayırlar.

Donorların sağlamlığı və hüquqlarına əhəmiyyət verilmədən həyata keçirilən bu əməliyyatlar, əslində bir neçə ölkəni əhatə edən, çoxmilyonluq gəlir gətirən cinayətkar şəbəkənin fəaliyyətidir.

Araşdırmada göstərilib ki, Almaniyada böyrək donoru çatışmazlığı səbəbindən transplantasiya gözləyənlərin sayı 10.000 nəfəri ötür və gözləmə müddəti 8-10 ilədək uzana bilər. Məhz bu səbəbdən bir çox pasiyentlər, o cümlədən Almaniyanın Guntzenhauzen şəhərindən olan 57 yaşlı Sabine Fischer-Kugler çıxış yolunu ölkə xaricində, qeyri-qanuni yollarla böyrək əldə etməkdə görürlər.

Onun donoru isə 24 yaşlı Azərbaycan vətəndaşı olub. Rəsmi sənədlərdə əməliyyatın “tamamilə təmənnasız” olduğu göstərilsə də, pasiyent “MedLead” agentliyinə 100.000 – 200.000 dollar arasında məbləğ ödədiyini etiraf edib.

Hesabatda adı keçən “Mediheal” xəstəxanasının qurucusu və rəhbəri Hindistan əsilli keçmiş deputat Svarup Mişra hazırda dövlətə məxsus Kenya “BioVax” vaksin institutunun rəhbəridir və Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrdə ölkəni təmsil edir. Onun barəsində dəfələrlə orqan alveri ilə bağlı ittihamlar səsləndirilsə də, o, jurnalistlərin sorğularına cavab verməkdən imtina edib.

Hazırda isə, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən bu cür əməliyyatlara cəlb olunan donorlar ciddi sağlamlıq problemləri ilə üzləşir, bir çox hallarda isə psixoloji travmalardan əziyyət çəkirlər.

Post navigation

Previous: iOS 19 iPhone-u tanınmayacaq dərəcədə dəyişəcək –
Next: Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında Saziş imzalanacaq

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.