Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Azərbaycanlı tədqiqatına görə 200 min dollar qazandı

Orkhan Ali 10 Fevral 2025 - 22:12 (Last updated: 21 May 2025 - 20:15)
Dayaq Şeyxkərimli

Dayaq Şeyxkərimli

Bakı Avropa Liseyinin 2009-cu il məzunu Dayaq Şeyxkərimli 2025-ci il üzrə kimyaterapiya preparatlarını birbaşa xərçəng hüceyrələrinə çatdırmaq üçün istifadə oluna biləcək yenilikçi və perspektivli tədqiqatlarına görə “NRC HL Holmes” mükafatına layiq görülüb.

Qaynarinfo xəbər verir ki, iki ildən bir verilən 200 000 ABŞ dolları məbləğində olan mükafat doktor D.Şeyxkərimliyə iki il ərzində insan viruslarının xarici təbəqələrini əhatə edən bütün mövcud zülalların toxuma spesifikliyini xəritələndirmək və onların orqanizmdəki yerini izləmək üçün işlərini davam etdirməyə imkan verəcək. D. Şeyxkərimli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  2010-2014-cü illərdə Toronto Universitetində molekulyar genetika və biotexnologiya ixtisasları üzrə bakalavr və maqistr dərəcəsi alıb. “Sony Tədqiqat Mükafatı”, MITACS təqaüdü kimi mükafatlar və Osakadakı İnsan Metavers Təbabəti Əsaslı Tədqiqat İnstitutunda (PRIMe) beyin əlaqələrinin xəritələndirilməsi üçün genetik ştrix-kodların işlənib hazırlanması üzrə təqaüd də daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb.

Dayaq Şeyxkərimli bu tədqiqatı Britaniya Kolumbiyası Universitetinin Biotibbi Mühəndislik Məktəbində (SBME) aparacaq. O, 2024-cü ilin aprel ayından etibarən həmin məktəbdə doktorantura sonrası (“post-doc”) elmi işçi kimi SBME professoru və Sintetik Biologiya üzrə Kanada Tədqiqatları kafedrasının rəhbəri doktor Nozomu Yachinin laboratoriyasında çalışır.

Şeyxkərimli molekulyar genetika üzrə doktorluq dissertasiyasını doktor Frederik Rothun rəhbərliyi altında müdafiə edib. Dissertasiya müddətində o, virus və insan zülalları arasında da daxil olmaqla, milyonlarla cüt zülalın qarşılıqlı təsirlərini xəritələndirmək üçün texnologiya hazırlayıb.

Bizi İnstagramda izləyin!

Post navigation

Previous: Əlillik pulunu kirayəyə verən Qaziyə mənzil nə üçün verilmir?
Next: “Qumar kralı” Şəkili Yusifin əmlakları ilə bağlı ilginc iddia

Oxşar xəbərlər

amazonka tayfa
  • Maraqlı

Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?

User 18 Noyabr 2026 - 15:26
sehra qum
  • Maraqlı

Qum təpələrinin sirri açıldı – Marsın və Yerin keçmiş iqlimi araşdırılır

User 18 Noyabr 2026 - 10:31
suni intelekt is
  • Maraqlı

Süni intellektlə dostluq insanları daha da tənha edir? – Alimlər təhlükədən danışdı

User 18 Noyabr 2026 - 10:14

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.