Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq

Orkhan Ali 02 İyun 2025 - 15:06 (Last updated: 02 İyun 2025 - 15:03)
Azercell Telekom

Azercell Telekom

“Azercell Telekom” MMC (“Azercell”) 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr (SimSim) üçün yeni şərtlər tətbiq edəcək.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat.az saytı yayıb.
Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə 1 – 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq.
Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:
1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat –  10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.

Qeyd edək ki, hazırda qüvvədə olan tarifə görə, yüklənən məbləğlərə görə nömrənin aktiv qalma müddəti aşağıdakı kimidir:
1-1,99 manat – 5 gün;
2-2,99 manat – 10 gün;
3-4,99 manat – 20 gün;
5-9,99 manat – 30 gün;
10-19,99 manat –  60 gün;
20-24,99 manat – 90 gün;
25-49,99 manat – 90 gün;
50-99,99 manat – 120 gün.

Məlumat üçün bildirək ki, “Azercell” sonuncu dəfə oxşar qərarı cəmi bir il əvvəl qəbul edib. Hazırkı qaydalar 1 iyul 2024-cü ildən qüvvədədir. Daha əvvəl isə 1 manat yükləndiyi zaman nömrə 7 gün aktiv qalırdı.
Eyni zamanda onu da qeyd edək ki, bu ilin fevral ayından etibarən abunəçilər bir ay ərzində 2 manatdan az balans istifadə etdikləri halda həmin nömrəyə 2 manat məbləğində aylıq xidmət haqqı tətbiq edililir.
Məlumat üçün bildirək ki, “Azercell”in son zamanlar qəbul etdiyi bu qərarlar ölkə mətbuatında və sosial şəbəkələrdə müzakirələrə və bir çox hallarda insanların narazılığına səbəb olub.
Müqayisə üçün bildirək ki, dünyanın əksər ölklərində, o cümlədən də qonşu ölkələrdə mobil operatorların analoji qərarları olsa da, həmin ölkələrdə nömrələrin aktiv qalma müddəti Azərbaycanla müqayisə olunmayacaq həddə çoxdur.
Məsələn, Türkiyənin məşhur “Vodafone” (https://www.vodafone.com.tr/tl-islemleri/faturasiz-hattinizla-ilgili-kullanim-sureleri) mobil operatorunun nömrələrinin aktiv qalma müddəti ən azı 180 gündür.
Azərbaycanda və qonşu ölkələrdə fakturasız nömrələrin minimum məbləğ yükləndiyi zaman aktiv qalma müddətini təqdim edirik:
“Azersell” (Azərbaycan) – iyulun 1-dən 1 gün;
“Vodafone” (Türkiyə) – 180 gün;
“Turkcell” (Türkiyə) – 185 gün;
“Magticom” (Gürcüstan) – 60 gün;
“Meqafon” (Rusiya) – 90 gün;
“Telecom Armenia” (Ermənistan) – 90 gün.

AzPost.az

Post navigation

Previous: Zelenski: İtkilər Rusiyanı danışıqlar masasına məcbur edəcək
Next: Məktəbli formaları ilə bağlı YENİLİK

Oxşar xəbərlər

bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37
fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05

xƏBƏR

ilham britan as nazir
  • Baş Yazı

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

User 13 Noyabr 2026 - 08:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri...
Read more about İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.