“Azercell” danışıq kartlarının da istifadə müddətini azaldır- SİYAHI

Azercell Telekom
Azercell Telekom

“Azercell Telekom” ödəniş (danışıq) kartlarının istifadə müddətini azaldır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azercell” şirkəti müvafiq qərar qəbul edib.

Qərara əsasən, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrənin balansında mövcud tarif paketinin aylıq abunə haqqını ödəmək üçün kifayət qədər vəsait olarsa, nömrənin istifadə müddətindən asılı olmayaraq həmin vəsait balansdan tutulacaq və nömrənin xətti tarif paketinin istifadə müddətinə uyğun olaraq ikitərəfli açıq saxlanılacaq. Bu hal növbəti ayda da balans kifayət etdikdə avtomatik tətbiq olunacaq. Əgər nömrənin balansında kifayət qədər vəsait olmazsa, nömrənin xətti birtərəfli bağlanacaq, danışıq kartının nominalına və yüklənmə müddətinə uyğun olaraq istifadə müddəti ilə bağlı şərtlər tətbiq etməklə xidmətlərdən istifadə imkanı yaradılacaq. Bu dəyişiklik abunəçilərə ödəmə kartının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti + 90 gün ilə bağlı tələb nəzərə alınmadan nömrənin balasında kifayət qədər vəsait olduqda aylıq abunə haqqı ödəməklə nömrədən istifadə imkanı verir.

1 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:

Bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə (danışıq) kartlarında yeni ödəmə kartının yükləmə müddəti ödəmə kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti +90 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.

Göstərilənlər ilə yanaşı,fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balasına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir.Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:

Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.