Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azercell ictimai məlumatları açıqlamaqda xəsislik edir” –

User 08 Aprel 2024 - 11:40 (Last updated: 21 May 2025 - 20:15)
azersel
Azercell-in gəlirləri nə qədər olub və nə zaman özəlləşməyə çıxarılacaq ?
“Azercell ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaqda xəsislik edir və mövcud beynəlxalq praktikanın tam əksinə hərəkət edir”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezienti İsman Gündüz bildirib.
Onun sözlərinə görə,  əksər ölkələrin mobil operatorları hesabat verərkən adətən ilk öncə gəlirləri, sonra infrastruktur xərclərini, daha sonra sosial xərclərini və nəhayət sonda dövlətə ödədiyi vergiləri açıqlayırlar: “Azercell dövlət şirkəti bir neçə gündür ki, Hesabat xarakterli məlumatlar açıqlayır. Əlbəttə, bütün bunlar həm dövlət şirkəti olaraq, həmdə ən böyük vergi ödəyicisi olaraq (ötən il 167 milyon manat vergi ödəyib) təqdirəlayiqdir. O baxımdan ki, bir neçə il öncə iflas səviyyəsində olan bir bir operator artıq böyük gəlirlər qazanmağa başlayıb. Amma maraqlıdır ki, Azercell ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaqda xəsislik edir və mövcud beynəlxalq praktikanın tam əksinə hərəkət edir”.
Osman Gündüz deyib ki, bu dövlət şirkəti, əsas göstərici olan gəlirlərini açıqlamadan öncə artıq hər şeyi – ödədiyi vergilər, sosiala xərclədiyi pullar, dəstəklədiyi layihələr və s. açıqlayıb.
“Azercell dövlət şirkətindən gözləntilər isə daha çox aşağıdakı ictimai əhəmiyyət kəsb edən məlumatlardır :
– Ötən il gəlirlər nə qədər olub və dinamika necədir?
– Bir abonentdən əldə olunan gəlir (ARPU) necə dəyişib ?
– ASAN imzadan əldə olunan gəlirlər necədir?
– Mobil internet xidmətləri və danışıqlar üzrə gəlirlər və dinamika
necə olub?
– Rouminqdən daxil olan gəlirlər, Aztelekom-a ödənişlər və
dinamika necə olub ?
– İnfrastruktura nə qədər yatırım edilib ?
– 2G, 3G və 4G/LTE ilə əhatə neçə faizdir ?
– Abonent bazası nə qədər artıb ?
– Azercell-in nə zaman özəlləşməyə çıxarılması hədəflənib?”
Azpost.info

Post navigation

Previous: Auditlər zamanı 1 milyard 972 milyard manatlıq pozuntu aşkarlanıb
Next: Bu il 11,5 min şəxsə əlillik təyin edilib

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.