“Azercell” keçən il nə qədər pul qazanıb? –RƏQƏMLƏR

Dövlət şirkətinə çevrilməsinin 5 ili tamam olan Azercell gəlirlərini və xərclərini açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, “Azercell” bir müddət öncə ötən ilin yekun hesabatını tədim edərkən gəlir və mənfəətini açıqlamamışdı: “Bu dəfə bəzi ictimai əhəmiyyət kəsb edən məlumatlar təqdim edilməsə də, Azercell bir xeyli əhəmiyyətli məqamları açıqlayıb”.
Açıqlanan məlumata görə Azercell -in 2022-ci ildə 128 milyon 839 min manat xalis mənfəəti olub.
Müqayisə üçün qeyd etmək olar ki, şirkət 2021-ci ili 121 milyon 175 min manat xalis mənfəət ilə bağlamışdı.
Artım təxminən 6.3% olub. Müqayisə üçün qonşu ölkələrin bəzi mobil operatorlarının uyğun hesabatlarına baxdıqda görmək olar ki, mənfəət artımı 2-3 dəfə çox olub.
Ekspert bildirib ki, Azercell-in aktivləri də artıq 1 milyardı keçib: “Necə deyərlər, Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi olan bu dövlət şirkəti yenidən özəlləşdirməyə çıxarılmaq üçün artıq hazırdır”.
Azercell Azərbaycanın mobil sektorunda ən yüksək paya, 48%-dən çox paya sahibdir.
Azpost.info
Əvvəlki məqalə

Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib

Sonrakı məqalə

Şeyxülislam Roma Papasının Türkiyə və Bakıdakı arxiyepiskopunu qəbul edib