“Azercell” nömrələrinin işində çətinliklər yaranacaq

Azercell Telekom
Azercell Telekom

Noyabrın 28-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində çətinliklərin yaranması mümkündür.

AzPost İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə “Azercell Telekom”un yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcək.

Amma bu çətinliklərin nə qədər davam edəcəyi və təkmilləşdirmə işlərinin nə vaxt bitəcəyi açıqlanmayıb.

Qeyd edək ki, “Azercell” xidmət keyfiyyətinin daha da artırılması adı ilə mütəmadi olaraq təkmilləşdirmə işləri aparır və hər dəfə sözügedən çətinliklərin yaranması qaçılmaz olur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.