“Azmetal Qaynaq” MMC şirkətinin işçisi tikinti zamanı hündürlükdən yıxılaraq dünyasını dəyişib. AzPost Musavat.com-a istinadən xəbər verir ki, MMC Buzovnada podratçı şirkət olaraq anbar tikintisi aparırmış.
İş zamanı Niyazi Muxtarov yüksəklikdən yıxılaraq dünyasını dəyişib. İstintaq zamanı müəyyən edilib ki, N.Muxtarov şirkətdə əmək müqaviləsi olmadan işləyirmiş.
Baş verən hadisə ilə bağlı MMC-nin texniki təhlükəsizlik üzrə nəzarətçisi məsuliyyətə cəlb edilib. Onun barəsində şərti cəza təyin edilib. İstintaq zamanı mərhumun ailəsinə maddi dəstək göstərilib, barışıq əldə edilib. Bu səbəbdən mərhumun ailəsi şikayətçi olmayıb.
Qeyd edək ki, MMC-nin təsisçisi İsmayılov Məzahir Abozər oğludur. O, da bu iş üzrə şahid qismində dindirilib. Nizamnamə kapitalı 10 manat olan MMC bir neçə dövlət layihəsinin icrası üçün keçirilən tenderlərdə qalib olub.