“Azneft” dairəsi bağlanır, asfalt örtüyü dəyişdirilir

Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”, deyə DYP əməkdaşı bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.