“Azpetrol”a neçə dəfə maliyyə sanksiyası tətbiq edilib? “Azpetrol”a indiyədək vergi öhdəlikləri üzrə tətbiq edilən maliyyə sanksiyaları açıqlanıb.
İqtisadiyyat.az-ın Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından əldə etdiyi xəbərə görə, “Azpetrol”a qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.
Belə ki, 2020-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2022-ci ildə 1 hal üzrə ümumilikdə 2000 manat və 2023-cü ildə 1 hal üzrə ümumilikdə 2000 manat maliyyə sanksiyası tətbiq edilib.
Əvvəlki illərdən nəticə çıxaran banka qarşı ötən il isə maliyyə sanksiyası tətbiq edilməyib.
Qeyd edək ki, “Azpetrol” LTD” MMC-nin nizamnamə kapitalı 779 106.70 manatdır. Qanuni təmsilçisi və baş direktoru Məmmədov Ceyhun Əhməd oğludur.