AzTV-də audit aparılıb- Nöqsan aşkarlanıb

Ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) aparılan audit tədbirlərində bir sıra nöqsanlar hələ də var. Bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib.

“Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ, podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar edilib. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”, – deyə sədr əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.