AZTV-nin 1993-cü ilin martında teatrla bağlı bayram verilişi –Korifeylər bir arada /VİDEO

Bələdiyyə teatrının aktyoru Elxan Rza sosial şəbəkədə maraqlı bir arxiv görüntülərini paylaşıb. 

Azpost.info bildirir ki, bu kadrlar AZTV-nin 30 il əvvəl -1993-cü ilin mart ayında Milli Teatrın yaranmasının 120 illik yubileyinə həsr olunmuş bayram verilişindəndir. Kadrlar telejurnalist Yaqub Əlioğlunun şəxsi arxivindən götürülüb.

Kadrlarda görkəmli sənətkarlarımız Nəsibə Zeynalova, Məlik Dadaşov, Barat Şəkinskaya, Sofa Bəsirzadə, Zəroş Həmzəyeva, Mikayıl Mirzə və digərləri  teatr barədə çıxış edirlər.

Proqramı mərhum aktyorumuz Yaşar Nuri aparır.

Görüntülər maraqla qarşılanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.