“Kəpəz” futbol klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılıb.
O, istefasını “Turan Tovuz”la oyunda alınan 0:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
“Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Belə qərara gəldik ki, yollarımızı ayıraq. “Kəpəz” barədə geniş danışmaq istəmirəm. Mənim öz baxışlarım var”, – deyə o bildirib.
Qeyd edək ki, “Kəpəz” 2024/2025 mövsümünü 32 xalla başa vuraraq Premyer Liqa cədvəlində 9-cu yerdə qərarlaşıb.