Azərbaycan hərbçiləri Sünikdə sərhədi müəyyən etmək üçün iki erməni kəndinə daxil olub –Danışıqlara Paşinyan dəstək verdi

“Sunik vilayətində Azərbaycanla sərhəd nöqtələrinin müəyyən edilməsi üçün proses gedir”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurda sərhədlə bağlı erməni tərəfinin qaldırdğı hay-küyü şərh edərkən deyib.

Onun sözlərinə görə, bu işin öz nüansları və çətinlikləri var. “Biz əminik ki, bu iş aparılmalıdır. Bu, Sunikin və Ermənistanın təhlükəsizliyi üçün vacibdir. Bizim və Müdafiə Nazirliyinin mövqeyi belədir ki, bu fəaliyyətlə biz Ermənistan üçün yeni təhlükəsizlik sistemi formalaşdırırq”.

Paşinyanın sözlərinə görə, iki yaşayış məntəqəsi-Vorotan və Şurnux kəndlərində sərhədin müəyyən edilməsi ilə bağlı müəyyən suallar çıxa bilər. Bununla bağlı gündəlik iş aparılır: “Bu suallar müəyyən ağrılı situasiyanın ortaya çıxamsına gətirə bilər. Bütün hallarda hökumət o sakinlərə tam həcmdə kompensasiya ödəyəcək”.

Məlumatlara görə, hazırda Şurnuxda və Vorotanda sərhəd delimitasiyası ilə bağlı iş aparılır.

“Hazırda azərbaycanlılar Şurnuxdadırlar,delimitasiya ilə bağlı iş aparırlar”-deyəkəndin icra nümayəndəsi Akop Arşakyan “Sputnik Armenia”ya deyib.

Onun sözlərinə görə, GPS-lə aparılan delimitasiya yekunlaşsa kəndin yarısı Azərbaycanın nəzarətinə veriləcək.

Azərbaycan hərbçiləri Sunikdəki Vorotan kəndinə də daxil olublar. Gorusun vitse-meri Menya Ovsepyan məlumatı təsdiqləyib və deyib ki, demarkasiya çərçivəsində kəndin bir hissəsi Azərbaycanın nəzarətinə veriləcək.

Hazırda bu iki kənddə rus sülhməramlıları, Azərbaycan hərbçiləri və Ermənistan sərhəd qoşunlarının nümayəndələri müzakirə aparır. Sərhədlə bağlı GPS ölçmələrindən sonra Azərbaycan hərbçiləri kəndi tərk edib.

Bu ərazilər Gorus-Qafan yolunun sağ tərəfində yerləşir və demarkasiya xətti buradan keçməlidir.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir