“Azərbaycan “İbrahim Sazişi”nə qoşulacaq” –Trampın xüsusi elçisi Stiv Vitkoff

ABŞ Azərbaycanı İbrahim Sazişlərinə qoşulmağa dəvət edəcək.

AzPost bildirir ki, bu barədə Prezident Trampın ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff Breitbart nəşrinə müsahibsində deyib.

Onun sözlərinə görə, Azərbaycan tezliklə İbrahim Sazişlərinə (ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişlər) qoşula biləcək ölkələr sırasındadır.

“Yaxın bir neçə ay ərzində Azərbaycan, Ermənistan, Suriya və Livan da daxil olmaqla 4-6 ölkə bu sazişə qoşula bilər. Mənim proqnozum budur ki…nisbətən tezliklə biz Livanda və hətta Suriyada normallaşma potensialını görəcəyik… Liviya ilə də baş verə bilər… Mən İbrahim razılaşmalarına qoşulan ölkələrdən danışıram, Azərbaycan və Ermənistanla ola bilər”.

Vitkoff deyib ki, Azərbaycan və Ermənistan münaqişənin həllinə yaxındır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.