Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan İnsan orqanlarının alverinə qarşı Konvensiyaya qoşulub

User 31 Oktyabr 2023 - 14:00 (Last updated: 21 May 2025 - 20:15)
16987429152239899_1200x630

Oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə təşkilatın Baş katibi xanım Mariya Peyçinoviç Buriç arasında görüş keçirilib. Azərbaycan tərəfi Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını imzalayıb. Xanım Baş katib Azərbaycanın bu konvensiyaya qoşulmasını çox vacib hadisə kimi dəyərləndirib, uzun illərdir formalaşmış ikitərəfli münasibətlərə toxunaraq əməkdaşlığın bundan sonra da uğurla davam etdirələcəyinə inamını ifadə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Əli Nağıyev regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan hökumətinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi səylərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacibliyindən ətraflı söhbət açıb.

Baş katib Mariya Peyçinoviç Buriç Avropa Şurasının Cənubi Qafqazda hər zaman sülhün qorunub saxlanılmasına önəm verdiyini və təşkilatın bu prosesə lazımi dəstək göstərə biləcəyini qeyd edib.

Söhbət əsnasında Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə danışan Xidmət rəisi Əli Nağıyev Avropa Şurasının Baş katibinin təşkilatın əhatə etdiyi ölkələrdə yaşayan şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş bütün hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malik olması fikrinə münasibət bildirərək, qeyd olunan beynəlxalq hüquqi sənədin müddəalarının Azərbaycanın xeyli zaman ərzində qaçqın və məcburi köçkün halında yaşamış, itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin Ermənistan tərəfindən basdırılmış minalardan sağlamlıqlarını itirmiş vətəndaşlarının hüquqlarının müdafiəsi məsələsində də tətbiq olunacağına ümidvar olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: Azərbaycan və İtaliya Baş Qərargah rəisləri Bakıda görüşüb
Next: Ötən ay əcnəbilər Azərbaycanda bank kartları ilə 186,2 milyon manatlıq əməliyyat aparıblar

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.