Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.
Memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.
Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək. Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait yaradır.