AZƏRBAYCAN İRANA NOTA VERDİ

Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər ölkəmizin milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin məsələ ilə bağlı sualına cavabında deyib.

O bildirib ki, İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı səfirliyinə müvafiq nota göndərilib.

Hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.