Azərbaycan-İsrail parlamentlərarası deputat qrupu İsrailə hucumu pisləyib

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.

Bu çətin zamanda İsrail xalqının yanındayıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.