Azərbaycan İsrailə görə “Avroviziya”da iştirakdan imtina etməyib

Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyəti ölkəmizin İsrailə görə yarışmadan iştirakdan imtinası ilə yayılan xəbərlərə münasibət bildirib.

Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyətinin media rəhbəri Turab Teymurov bildirib ki, İsrailin “Avroviziya” mahnı müsabiqəsində iştirak etmədiyi təqdirdə, Azərbaycanın yarışmadan imtina edəcəyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

“İsrail və ya başqa dövlət olsun, biz siyasətə qarışmırıq”, – Turab Teymurov qeyd edib.

Qeyd edək ki, Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından “Avroviziya 2026″da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə xəbərlər tirajlanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.