Azərbaycan – İsveç oyununun hakimləri müəyyənləşib

Futzal üzrə Azərbaycan milli komandasının “Avro-2026”nın əsas mərhələsində Bakıda İsveçlə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

AFFA bildirir ki, 5-ci qrupun I turu çərçivəsində təşkil olunacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Aslan Qalayev, onun köməkçiləri isə Turekxan Tursumbayev və Nurlubek Kalimaqanbetov olacaq.

Hakim-inspektor funksiyasını almaniyalı Ştefan Veber yerinə yetirəcək. UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.