Laçın dəhlizinin girişində, Azərbaycan-Ermənistan şərti sərhədində mini gömrük məntəqəsi yaradılacaq.
Azpost.info bildirir ki, bu sözləri Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ilk məntəqə sülhməramlıların 1-ci postunda qoyulacaq: “Müvafiq razılıq rəsmi Bakı ilə əldə olunub. Azərbaycanla razılaşdırmışıq ki, müasir avadanlıq gətirək. Bizim bu günə qədər yoxlanış üçün texniki avadanlığımız yox idi. Orada hansısa yüklərin altından nəsə keçirə bilərlər”.