Azərbaycan millisinin baş məşqçisi Türkiyə klublarından təklif alıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov yenidən Türkiyədə işləyə bilər.

Bu barədə AZƏRTAC-a AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

Onun sözlərinə görə, qardaş ölkənin bir neçə təmsilçisi 36 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

Lakin milli assosiasiyanın baş katibi çalışdırıcı ilə maraqlanan komandaların adlarını açıqlamayıb.

Qeyd edək ki, Siyasət Əsgərov bir neçə gün öncə öz istəyilə Türkiyənin “Fomget” klubundan ayrılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.