Azərbaycan neftinin Türkiyənin Ceyhan limanından daşınması bərpa edilib. Bu barədə BP Azərbaycan şirkəti xəbər verir.
“Bu gün günortadan sonra BTC terminallarında Azərbaycan neftinin tankerlərə yüklənməsi bərpa edilib”, – BP-Azərbaycan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Bazar ertəsi Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlər nəticəsində Türkiyənin Aralıq dənizi sahillərində yerləşən terminal neft daşımalarını dayandırmışdı.
Azərbaycandan nefti Bakı-Tbilisi Ceyhan kəməri ilə Cehan terminalına çatdırılır və oradan tankerlərlə dünya bazarına daşınır.