Azərbaycan Ermənistanın regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı təkliflərini yarı-rəsmi alqışlayıb.
Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Biz Azərbaycan tərəfinə təkliflər çatdırmışıq, bu təkliflər yarı-rəsmi müsbət qarşılanıb. Burada da müəyyən müsbət ab-hava formalaşıb”, – Mirzoyan bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda İrəvan Azərbaycan tərəfi ilə həm kommunikasiyaların açıması məsələsində, həm də hazırkı mərhələdə razılığın əldə oluna biləcəyi digər sahələrdə işi davam etdirəcək.
Eyni zamanda, Mirzoyan qeyd edib ki, infrastrukturlar suverenlik çərçivəsində fəaliyyət göstərməli və ərazisində yerləşdiyi ölkənin qanunları əsasında fəaliyyət göstərməlidir: “Bundan başqa, hər şey qarşılıqlılıq və bərabərlik prinsipi əsasında aparılmalıdır”.
Azpost.info