Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycan nərə balığının kürüsünü hansı ölkələrə satır?

Orkhan Ali 30 May 2025 - 12:53 (Last updated: 30 May 2025 - 13:06)
Nərə kürüsü

Nərə kürüsü

Son illərdə Azərbaycanda nərə balıqlarının kürüsünün (qara kürü) ixracında əhəmiyyətli artım müşahidə olunur. AzPost bildirir ki, 2023-cü ilin ilk on bir ayı ərzində ölkə xaricə 1 ton 10 kiloqram qara kürü ixrac edib. Bu, əvvəlki dövrlərlə müqayisədə 6 dəfəyə yaxın artım deməkdir.

2024-cü ilin ilk aylarında isə təxminən 480 kiloqram qara kürü ixrac olunub. Bu ixracın dəyəri 553 min 780 ABŞ dolları təşkil edib. Azərbaycan qara kürünü əsasən aşağıdakı ölkələrə göndərib:

  • Birləşmiş Ərəb Əmirlikləri

  • Amerika Birləşmiş Ştatları

  • Qazaxıstan

  • Səudiyyə Ərəbistanı

  • Sinqapur

Məlumata görə, 2024-cü ildə Azərbaycan kürüsünün orta ixrac qiyməti bir kiloqram üçün 1961 manat olub. Maraqlıdır ki, bu məhsulun idxalı da davam edir. 2023-cü ildə ölkəyə 71 ton 932 kiloqram kürü və onun əvəzediciləri idxal edilib. Əsas tədarükçü ölkələr Çin, Rusiya və Belarus olub. İdxal olunan kürünün orta qiyməti isə 510 manat təşkil edib. Bu fərq Azərbaycanın ixrac etdiyi kürünün daha keyfiyyətli və elit seqmentə aid olduğunu göstərir.

Bu artım təsadüfi deyil. Kürü istehsalında da ciddi yüksəliş müşahidə edilir. 2025-ci ilin ilk rübündə Azərbaycanda qara kürünün istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5.1 dəfə artıb. Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 180 kiloqram nərə balıqlarının kürüsünü satıb.

2025-ci ilin ilk ayında Albaniyaya 10 kiloqram nərə balığı kürə göndərilib və bu partiyanın dəyəri 14,36 min ABŞ dolları təşkil edib. Amerika Birləşmiş Ştatlarına da 10 kiloqram ixrac olunub və bunun qarşılığında ölkəyə 10,07 min ABŞ dolları daxil olub.

Ən iri partiya Birləşmiş Ərəb Əmirliklərinə göndərilib. Bu ölkəyə 140 kiloqram nərə balığı kürüsü ixrac edilib və ümumi məbləğ 149,5 min ABŞ dollarına olub. Sinqapura ixrac olunan 10 kiloqram məhsul əldə etmək üçün 18,13 min ABŞ dolları hesabına gəlir.

Bundan əlavə, ixrac olunan 10 kiloqram kürünün göndərildiyi ölkə açıqlanmasa da, həmin partiyanın dəyəri 18,14 min ABŞ dolları təşkil edib. Ümumilikdə, bu bazarda Azərbaycandan ixrac olunan nərə balığı kürünün dəyəri və həcm bazarda məhsula olan marağın davamını həyata keçirir.

AzPost.az

Post navigation

Previous: Prezident sərəncam imzaladı
Next: Azercell abunəçiləri üçün daha bir “şad xəbər”

Oxşar xəbərlər

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.