“Azərbaycan pomidorları Avropa bazarlarında olmalıdır” –Avropa İttifaqının səfiri

“Azərbaycan pomidorları yalnız bir istiqamətdə deyil, bir çox istiqamətlərə ixrac olunmalıdır və bura Avropa bazarları da daxildir”.

Bunu “APA-Economics”ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

“Məsələn, Azərbaycan fındıq ixracında çox uğurludur və ölkənin ixrac bazarına bir neçə Avropa ölkəsi də daxildir. Bu təcrübəni pomidor ixracında da tətbiq etmək üçün keyfiyyətə olduqca ciddi nəzarət edilməlidir. Fındıq ixracı üçün nəzarət sistemi əla qurulub. Təbii ki, pomidor və ya digər meyvə-tərəvəzlərə də eyni səviyyəli nəzarət tətbiq olunarsa, onların Aİ-yə ixracı həyata keçirilə bilər. Azərbaycan pomidorları Avropa bazarlarında olmalıdır”, – deyə səfir bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir