Azərbaycan Prezidenti İrəvanda qələbə qazanan türkiyəli idmançıları Qarabağa dəvət edib

“İndi mən sizi növbəti dəfə Qarabağa dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

“Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür”, – dövlət başçısı əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.