“Azərbaycan” qəzetinin redaktoru vəfat edib

Əməkdar jurnalist, “Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev bu gün səhər rəhmətə gedib.

Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər. Onun ölmünə səbəb insult keçirməsi olub.

Allaherdi Mehdiyev əvəllər açıq ürək əməliyyatı keçirmişdi…

Əməkdar jurnalist A.Mehdiyev əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

Jurnalistikadakı fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub. O, uzun illər idi ki, “Azərbaycan” qəzetində Beynəlxalq şöbənin redaktoru vəzifəsində işləyirdi…

Allah rəhmət eləsin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir