Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan sülh sazişi üçün Vaşinqton platformasından imtina edib

User 18 Noyabr 2023 - 16:10 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun blinken mirzoyan dnais

Azərbaycan üçün Ermənistanla danışıqlarda artıq Vaşinqton platforması mövcud deyil.

Azpost.info bildirir ki, bu barədə APA özünün mənbələrinə əsasən məlumat yayıb. Rəsmi Bakının bundan sonra ABŞ-nin təşəbbüsü ilə Ermənistanla danışıqlar aparmaq niyyəti yoxdur.

Məlum olduğu kimi, Brüssel formatı mövcuddur, Azərbaycan da danışıqları bu formatda davam etdirməyi məqbul sayır.

Bununla yanaşı, Azərbaycan daha çox Ermənistanla birbaşa danışıqlara üstünlük verir.

Qeyd edək ki, bundan əvvəl Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında ABŞ-də bir neçə görüş keçirilib.

Lakin ABŞ-nin son addımları Azərbaycan tərəfdə haqlı narazılıq yaradıb. Bir neçə gün əvvəl ABŞ Senatının Xarici İşlər Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr zamanı Azərbaycanın ünvanına əsassız iddialar səslənib. Dinləmələrdə iştirak edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın da ölkəmizlə bağlı dedikləri kəskin etirazla qarşılanıb.

Bunun ardınca isə ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

Məhz ABŞ-nin bu addımlarından sonra rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 20-də Vaşinqtonda keçirilməli olan görüşündən imtina edib.

Azərbaycan “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”lə bağlı ABŞ-nin son qərarı ilə bağlı məsələni də əsas hesab edir. Bunu daha çox mənəvi məsələ sayan Bakı “907-ci düzəliş”lə bağlı ABŞ-nin mövqeyinin dəqiqləşməsini istəyir.

Post navigation

Previous: Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
Next: Qazaxıstanda Rusiya telekanallarına çıxışı təmin edən xidmət bloklanıb

Oxşar xəbərlər

aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43

xƏBƏR

zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ərazi məsələsini şəxsi görüşdə müzakirə etməyə hazır olduğunu çatdırıb....
Read more about Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq? ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.