Azərbaycan səfiri etimadnaməsini Makrona təqdim edib –FOTO

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

Bu barədə Leyla Abdullayeva “Twitter“ hesabında paylaşıb.

“Fransa Respublikasının Prezidenti Emmanuel Makrona etimadnaməmi təqdim etməkdən məmnun oldum”, – səfir deyib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələr, eləcə də regiondakı vəziyyət müzakirə edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.