Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Əli Əsədovu Baş nazir təyin edilməsi münasibətilə təbrikində bildirib.

“Qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm” – deyə Cevdet Yılmaz qeyd edib.

Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri Baş nazir Əli Əsədovdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.