Azərbaycan Türkiyə ilə birgə bomba hazırlayıb- FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin ASELSAN şirkətinin birgə layihəsi əsasında 250 kq çəkisi olan “QFAB-250 LG” HE bombası hazırlanıb.

250 kq qəlpəli-fuqaslı Avia Bomba daha dəqiq nişan almaya malikdir. O, hərbi texnikanı, qurğuları, hərbi sənaye və energetika obyektlərini, nəqliyyat vasitələrini, aerodromdakı təyyarələri, anbarları, körpüləri, canlı qüvvəni və düşmənin digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.