“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik” –İran prezidenti

“Qafqazda sülhün hakim olması İran üçün strateji bir prioritetdir“.

Bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla mətbuat konfransında deyib.

“Regionun işlərinin regiondan kənar qüvvələrə tapşırılması regional məsələlərin mürəkkəbləşməsinə səbəb olur”- Pezeşkian qeyd edib.

İran Prezidenti bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir.

O, Nikol Paşinyanı İrana rəsmi səfərə dəvət edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.