Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındırlar –"Biz orada möcüzə yaratdıq"/Prezident Tramp

Tramp
Tramp

Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındırlar.

AzPost bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp amerikalı senatorlarla şam yeməyində deyib.

“Ermənistan və Azərbaycan artıq məqsədə yaxındırlar. Biz orada möcüzə yaratdıq” – Amerika lideri qeyd edib.

 

Tramp həmçinin qeyd edib ki, ABŞ  daha bir neçə böyük ticarət müqaviləsi imzalayıb.

“Bizim daha bir neçə əsas ticarət müqaviləsi var ki, onlar tezliklə elan olunacaq. Biz bunu praktiki olaraq bu gün edə bilərik” – deyə Tramp Ağ Evdə kriptovalyutaları tənzimləmək üçün qanun layihəsini təsdiqləmək üçün imzalanma mərasimində deyib.

Prezident ABŞ-ın hansı ölkələrlə bu sövdələşmələrə girməyə ümid etdiyini açıqlamayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.