Azərbaycan və Ermənistan XİN rəhbərləri dövlət sərhədində görüşə bilər

Azərbaycan və Ermənistan danışıqları üçüncü tərəfin girovuna çevrilməməlidir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və nümayəndə heyətləri dövlət sərhədində görüşə bilər. Belə bir təkliflə Azərbaycan çıxış edib.

XİN başçısı xatırladıb ki, iki ölkənin delimitasiya komissiyaları artıq iki dəfə sərhəddə görüşüb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.