“Azərbaycan və Ermənistanın sülh sazişini imzalamasını gözləyirik”
“Azərbaycan və Ermənistanın sülh sazişini imzalamasını gözləyirik”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını gözləyir.
AzPost TASS-a istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“Qafqazda müəyyən müsbət irəliləyişlər var. Bu, Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında danışıqların başa çatması və dövlətlərarası sənədin mətni üzrə razılaşmaya dair bəyanatıdır. Ümid edirik ki, onun həyata keçirilməsi Cənubi Qafqazda sülh və sabitliyə yol açacaq”, – deyə o, KTMT Parlament Assambleyasının (PA) Şurasının iclasında bildirib.
Qırğızıstanın paytaxtı Bişkekdə KTMT PA Şurasının iclası keçirilir. Şuraya Dövlət Dumasının sədri, eyni zamanda KTMT PA-ya rəhbərlik edən Vyaçeslav Volodin sədrlik edir.