Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın iclası keçirildi

Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3-cü iclası keçirilib.

İclasda ikitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələlər nəzərdən keçirilib:

• Ticarət əlaqələrinin və investisiyaların təşviqi

• Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri

• İnnovativ texnologiyaların tətbiqi – rəqəmsal iqtisadiyyat

Komissiyaya Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrail tərəfdən isə xarici işlər naziri Eli Kohen həmsədrlik edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.