Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 34% artaraq 4,35 mlrd. ABŞ dollarına çatıb.
Bu, bu gün Bakı şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında açıqlanıb.
Eyni zamanda post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb(apa).