Azərbaycanda bu gün 663 yeni yoluxma faktı qeydə alınıb –9 nəfər vəfat edib (OPERATİV QƏRARGAH)

Azərbaycanda bu gün koronavirus infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 51 min 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 768 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 308 min 048 test aparılıb. Bugünkü test sayı isə 9 700-dir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir