Azərbaycanda casusluqda ittiham olunan İran vətəndaşına hökm oxunub

Casusluqda ittiham olunan İran İslam Respublikasının vətəndaşı Astan Babək Süleymanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.

O, təqsirləndirilən şəxsin 14 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Məhkəmənin hökmü ilə Astan Babək Süleyman 12 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd olunub ki, cəzasını çəkəndən sonra Astan Babək Azərbaycan ərazisindən məcburi çıxarılmalıdır.

Astan Babək Süleyman mayın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Naxçıvan şəhərində hoteldə saxlandığı bildirilir. Astan Babək İrandan Azərbaycana ali təhsil almaq üçün gələn tələbələrə bələdçilik adı ilə ölkəyə gəlib-gedirmiş.

Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunan 48 yaşlı Astan Babək Təbrizdəndir, milliyyətcə azərbaycanlıdır, ixtisasca həkim və hüquqşünasdır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.