Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 964 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2 793, hazırkı dövrədək isə 6 877 141 test aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.