Azərbaycanda son sutkada 1465 nəfər COVID-19-a yoluxub, 805 nəfər sağalıb, 17 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 62338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14257 nəfərdir.

Ölkədə son sutka ərzində 12825, hazırkı dövrədək isə  1417368 test aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir