Azərbaycanda su çatışmamazlığı yaşanır –Su ehtiyatımız 15 faiz azalıb, erroziya təhlükəsi artıb (RƏSMİ AÇIQLAMA)

“Azərbaycanda da su çatışmazlığı problemi yaşanmaqdadır. Azərbaycanda 70 faiz çaylar su mənbəyi hesab olunur. Son illərdə yağıntıların azalması ilə əlaqədar Xəzər dənizinin və çayların səviyyəsi azalır”.

Azpost.info APA-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son onilliklərdə su ehtiyatları 15 faizə qədər azalıb: “2050-ci ilə qədər isə daha 15 faiz azala bilər. Suyun azalması eroziyaya, torpağın deqradasiyasına gətirib çıxarır. Suyun effektiv istifadəsi iqlimin dəyişikliyinin qarşısının alınmasında müsbət rol oynayır”.

Nazir qeyd edib ki, ECO ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Bu, ətraf mühitin qorunmasında böyük kömək olacaq: “İqlim dəyişikliyi konteksində dayanıqlı inkişaf üzrə antropogen risklər var. Təbii risklər dedikdə, yağıntıların azalması, anomal hidrometeoroloji hadisələrə hazır olmalıyıq. Anomal iqlim dəyişmələri Azərbaycanda da müşahidə edilir. Kənd təsərrüfatı məhsullarının əksəriyyəti suvarılan sahələrdə yetişdirilir. Azərbaycanda da su çatışmazlığı problemi yaşanmaqdadır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir