Azərbaycanda Türk Millətlər Birliyinin radiosu fəaliyyətə başlayıb

Azərbaycanda bu gündən Türk Millətlər Birliyinin (TMB) radiosu fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı APA-ya açıqlama verən Milli Televiziya və Radio Şurasının Aparat (MTRŞ) rəhbəri Fazil Novruzov bildirib ki, “100.5 FM – Fərqli radio”nun adı dəyişib.

“Televiziya və radio kanalları rebrendinq edəndə bizə məlumat verirlər. “100.5 FM” də rebrendinq edilib, artıq radio “RADİO TMB” kimi fəaliyyətini davam etdirəcək. Rebrendinq üçün isə lisenziyaya ehtiyac yoxdur. Təbii ki, radio lisenziya əsasında fəaliyyət göstərir”, – Aparat rəhbəri vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir